AMB-nin valyutları ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bu il iyulun 1-i tarixinə 13 milyard 157.6 milyon dollara çatıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları son bir ayda 3,5%, son bir ildə isə 18% artıb.