Serialdakı gəlinlik düşərli oldu — Evlənəcək

Türkiyənin məşhur “Teşkilat” serialında “Bahar” obrazını canlandıran aktrisa Buçe Buse Kahraman üç illik sevgilisi Kaan Akyıldızdan evlilik təklifi alıb. “Qafqazinfo” xəbər verir ki, cütlük hazırda ABŞ-də istirahətdədir. Aktrisa sevgilisinin oradakı təklifinə müsbət cavab verib. O, həmin anlardan fotoları sosial media hesabında paylaşaraq “Artıq ən sevdiyim nağıl “Kiçik su pərisi” deyil”- sözlərini yazıb. Maraqlıdır ki, aktrisa sözügedən serialın sezon finalında da gəlinlik geyinmişdi. Qeyd edək ki, Buse Kahraman daha öncə “Yalı Çapkını” serialında “Pelin” obrazını canlandırırdı.