Nizami Tibb Mərkəzində qalmaqal - İşçi döyüldüyünü iddia etdi - (Video)
Nizami Tibb Mərkəzinin əməkdaşı olduğunu bildirən Bəhruz Nəsirov iş yerində fiziki zorakılığa məruz qaldığını iddia edib. Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb. Onun sözlərinə görə, sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan videolarından narazı qalan şöbə müdiri Samir Məmmədov növbəti video çəkilişi zamanı onu döyüb və mobil telefonunu əlindən alıb. Qeyd edək ki, Bəhruz Nəsirov bir müddət əvvəl də işdən çıxarılması üçün ərizə yazmağa məcbur edildiyini iddia edib. Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib. Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Şərh verin