Tramp kriptovalyutadan 1 milyard dollar qazanıb
ABŞ Prezidenti Donald Trumpnın 2025-ci il üzrə maliyyə bəyannaməsində diqqətçəkən rəqəmlər yer alıb. Milli.Az xəbər verir ki, ABŞ Hökumət Etikası İdarəsi tərəfindən dərc edilmiş sənədlərə əsasən, Donald Tramp ötən il kriptovalyuta əməliyyatlarından ümumilikdə 1 milyard dollardan artıq gəlir əldə edib. Məlumata görə, Trampın oğulları Erik Tramp və Donald Trampın rəhbər vəzifələrdə çalışdığı "World Liberty Financial" vasitəsilə həyata keçirilən kriptovalyuta satışlarından təxminən 500 milyon dollar gəlir əldə olunub. Bundan əlavə, ABŞ Prezidentinin adı ilə əlaqələndirilən $TRUMP rəqəmsal valyutasının satışından da təxminən 600 milyon dollar qazanc əldə edildiyi bildirilir. Məlumata görə, bu aktivin dəyəri digər amillərlə yanaşı, Donald Trampa olan ictimai maraq və dəstəkdən də təsirlənir. Maliyyə bəyannaməsində həmçinin qeyd olunur ki, Donald Tramp öz adı altında satışa çıxarılan müxtəlif məhsullardan da milyonlarla dollar gəlir əldə edib. Bunların sırasında Bibliyalar, qol saatları, idman ayaqqabıları və ətirlər yer alır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin