Beyləqanda vətəndaş müraciətləri diqqətdə saxlanılır

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş müraciətlərinə operativ və həssas baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq vətəndaş qəbulları keçirilir. “Qafqazinfo” xəbər verir ki, bu məqsədlə, 1  iyul 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti dəfə Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər. Qəbul zamanı vətəndaşların müraciətləri RİH başçısı Əziz Əzizov tərəfindən diqqətlə dinlənilib, Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq araşdırmaların aparılması və zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib. Digər müraciətlərlə bağlı isə vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub, müvafiq dövlət qrumlarına müraciət etmələri tövsiyə olunub. Vətəndaşlar müraciətlərinə göstərilən diqqət və həssas münasibətə görə məmnunluqlarını ifadə edərək, ölkədə həyata keçirilən sosialyönümlü dövlət siyasətinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.