Millimiz Gəncədə oynayacaq

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti ev oyununu Gəncədə keçirəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Yığma komanda oktyabrın 4-də Litva millisini Gəncə şəhər stadionunda qəbul edəcək. Qeyd edək ki, qarşılaşma UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək. AFFA azarkeşləri millimizi Gəncə şəhər stadionunda dəstəkləməyə çağırıb.