83 yaşlı kişinin bıçaqlanmış meyiti tapıldı
Bakıda müəmmalı ölüm hadisəsi baş verib. “Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1943-cü il təvəllüdlü qəsəbə sakini İsmayıl Yusifovun üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib. Hadisənin motivi məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.

Şərh verin