"Neftçi"nin keçmiş futbolçusu Yaponiya millisinin baş məşqçisi olmaq istəyir

"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda sosial şəbəkə hesabında Yaponiya millisinin baş məşqçisi olmaq istədiyini açıqlayıb. Milli.Az report -a istinadən xəbər verir ki, veteran futbolçu 1 il müddətinə ölkəsinin millisində baş məşqçi olmağı təklif edib. O, komandanın hazırkı çalışdırıcısı Hajime Moriyasuya yeni, 1 illik müqavilə təklif edilməsindən sonra özünü bu postda sınamaq istədiyini söyləyib: "Fərqli fikirlərin olacağını düşünürəm, lakin yenə də danışacağam. Hajime Moriyasuya 1 illik müqavilə təklif edildiyi barədə xəbər gördüm. Bu, növbəti məşqçi postuna uyğun namizəd tapılmadığı üçün müvəqqəti variantdırsa, məni 1 illik sınayın. Asiya Kubokunda uduzsaq, məni heç bir söhbətsiz qovun. Bu çağırışı qəbul etməyə hazıram". Qeyd edək ki, Yaponiya seçməsi DÇ-2026-nın 1/16 finalında Braziliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Keysuke Honda 2021-ci ildə "Neftçi"də forma geyinib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)