AAYDA-ya məxsus bu idarələr ləğv edildi — Siyahı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib. “Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır: - “Bakı 1 №-li Yol İstismarı” MMC – direktoru Zaur Həmzəyev; - “Bakı 5 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Hüseynov; - “Bakı 6 №-li Yol İstismarı” MMC – direktoru Tural Dəmirli; - “Bakı 7 №-li Yol İstismarı” MMC – direktoru Müşviq İmranov; - “Bakı 8 №-li Yol İstismarı” MMC – direktoru Cabir Qurbanov; - “Bakı 9 №-li Yol İstismarı” MMC – direktoru Natiq İsmayılov; - “Bakı 10 №-li Yol İstismarı” MMC – direktoru Elman Cavadi; - “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Etibar Kərimov; - “17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Şahin Süleymanov; - “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Camal Sadıxov. Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunub. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.