Zelenski: Rusiya mütləq cavab alacaq

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 2-nə keçən gecə Kiyevə endirilən kütləvi zərbələrə görə Rusiyanın cavab alacağını bildirib. Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə o, paytaxtın Darnitsa rayonunda zərbənin endirildiyi yerdə bildirib. "Rusiya Kiyevə bugünkü zərbəyə görə cavab alacaq - mütləq", - Zelenski deyib. O, həmçinin bildirib ki, Ukrayna "ədalətli sülh və müharibənin ədalətli şəkildə başa çatması"nın tərəfdarıdır. Qeyd edək ki, İyulun 2-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə növbəti genişmiqyaslı zərbələr endirib, onun əsas hədəfi Kiyev olub. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)