O epizodda “Bismillah” deyir? — Video

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldonun penaltini “Bismillah” deyərək vurması iddia edilib. “Qafqazinfo” xəbər verir ki, ulduz hücumçunun dünya çempionatının pley-off mərhələsində keçirilən Xorvatiya ilə qarşılaşmanın 68-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsi zamanı bunu etdiyi yazılıb. Azarkeşlərin əksəriyyəti Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldonun “Bismillah” deməsini alqışlayıb.