“Kiçik mübahisəmiz olmuşdu, indi çox yaxşıdır” — Mask haqda danışdı

ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskla münasibətləri barədə açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, o bu haqda CNBC-yə müsahibəsində danışıb. Tramp bildirib ki, aralarında bir müddət fikir ayrılığı yaşansa da, hazırda Maskla çox yaxşı münasibətləri var. “Kiçik bir mübahisəmiz olmuşdu, amma indi münasibətlərimiz çox yaxşıdır”. ABŞ lideri qeyd edib ki, Maskı dünyanın ilk trilyarderi olması münasibətilə təbrik də edib: “Ona məktub yazıb “təbriklər, çox gözəl”, dedim”. Tramp İlon Maskın iyulun 4-dən fəaliyyətə başlayacaq və ABŞ-də 18 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulan “Trump Accounts” adlı yeni yığım və investisiya proqramına “SpaceX” şirkətinin səhmlərini bağışlayacağını düşündüyünü deyib. “Düşünürəm ki, o bunu edəcək”, - Tramp vurğulayıb.