"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - (Foto)
Futbol üzrə "Qarabağ" komandası "Ferentsvaroş"un müdafiəçisi Cebrail Makreçkis ilə yaxından maraqlanır. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı oyunçu Ağdam təmsilçisi ilə müqavilə imzalaya bilər. Bildirilir ki, "Qarabağ" Makreşkisi kifayət qədər böyük transfer məbləği qarşılığında heyətinə qatmağa yaxındır. Sağ cinah müdafiəçisi 2023-cü ilin yayından "Ferentsvaroş"da top qovur. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin