Ailəsi ilk dəfə Yalçın Rzazadənin son sözünü açıqladı
"Evdəkilərə salam" verilişi mərhum Xalq artisti Yalçın Rzazadənin evində olub və sənətçinin ailə üzvləri duyğusal xatirələrini bölüşüblər. Milli.Az xəbər verir ki, proqramda mərhum sənətkarın həyat yoldaşı Minə xanım, oğlu Mətin Rzazadə və nəvəsi Yalçın Rzazadə kamera qarşısına keçərək onunla bağlı xatirələrdən danışıblar. Oğlu Mətin Rzazadə atasının ömrünün son günlərini xatırlayaraq bildirib ki, həmin vaxt Yalçın Rzazadə artıq danışmır və gözlərini açmırdı. Onun sözlərinə görə, qardaşı atasına üç oğlunun da yanında olduğunu deyəndə sənətçi gözlərini açıb və "Necə xoşbəxtəm" sözlərini söyləyib. Ailəsinin ətrafında olmasından böyük sevinc hissi keçirdiyi vurğulanıb. Minə xanım isə bildirib ki, Yalçın Rzazadənin ən böyük arzularından biri övladlarını hər zaman mehriban və bir yerdə görmək idi. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin