Bakıda bağ evlərində istirahət qiymətləri: 13 min manat...
Yay mövsümünün qızğın dövründə Bakı və Abşeron çimərliklərinə axın artıb. İstirahət planı quranların əsas maraqlandığı məsələlərdən biri isə pullu çimərliklərə giriş və bağ evlərinin kirayə qiymətləridir. Milli.Az axar.az-a istinadən bildirir ki, yay istirahəti üçün tanınmış pullu çimərliklərdə giriş haqlarını və Bakıətrafı qəsəbələrdə bağ evlərinin gündəlik kirayə qiymətlərini araşdırıb. Araşdırma göstərir ki, bu il tanınmış pullu çimərliklərin əksəriyyətində giriş qiymətləri ötən illə müqayisədə ya dəyişməyib, ya da 5-10 manat artıb. Bağ evlərində isə gündəlik kirayə qiymətləri ərazilərə görə dəyişir: Bilgəh 3 otaqlı - 150-250 manat 4 otaqlı - 200-400 manat Mərdəkan 2 otaqlı - 150-200 manat 3 otaqlı - 150-250 manat 4 otaqlı - 150-400 manat 5 otaqlı və daha böyük - 200-700 manat Şüvəlan 2 otaqlı - 200-250 manat 3 otaqlı - 200-350 manat 4 otaqlı - 200-500 manat 5 otaqlı və daha böyük - 250-600 manat Buzovna 2 otaqlı - 400 manat 3 otaqlı - 200-400 manat 4 otaqlı - 200-450 manat 5 otaqlı və daha böyük - 220-500 manat Novxanı 2 otaqlı - 150-350 manat 3 otaqlı - 150-350 manat 4 otaqlı - 200-400 manat 5 otaqlı və daha böyük - 250-500 manat Pirşağı 2 otaqlı - 100-200 manat 3 otaqlı - 150-300 manat 4 otaqlı - 170-500 manat 5 otaqlı və daha böyük - 200-550 manat Nardaran ("Sea Breeze" ərazisi) Bu ərazidə həm həyət evləri, həm də mənzillər kirayəyə verilir. 1 otaqlı - 150-260 manat 2 otaqlı - 200-350 manat 3 otaqlı - 250-700 manat 4 otaqlı - təxminən 500 manat 5 otaqlı və daha böyük - aylıq kirayə qiymətləri 8 000-13 000 manat arasında dəyişir. Türkan 3 otaqlı - 200-250 manat 4 otaqlı - 250-450 manat 5 otaqlı və daha böyük - 250-450 manat. Qiymətlər evin təmir vəziyyəti, dənizə yaxınlığı və digər şəraitdən asılı olaraq dəyişə bilir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin