Paşinyanın adı sərginin siyahısından çıxarıldı
Nikol Paşinyanın adı "İNNOPROM-2026" sərgisinə dəvət olunan spikerlərin siyahısından çıxarılıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəlcə həm sərginin rəsmi saytında, həm də Rusiya mətbuatında Paşinyanın sərgidə iştirak edəcəyi qeyd olunsa da, sonradan Ermənistan Baş nazirinin adı tədbirin saytında əks olunmuş spikerlər siyahısından çıxarılıb. Sərginin təşkilatçıları proqramdakı dəyişikliyi hələlik şərh etməyiblər. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin