Babəkdə açıq ərazidə yanğın — Video
Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidə yanğın baş verib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb. Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub.

Şərh verin