“Kəpəz”in yeni rəhbəri bəlli oldu
“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb. İclasda Anar Abdullayev İdarə Heyətinin yeni sədri seçilib. O bu postda Adil Vəliyevi əvəz edib. Bundan başqa, Umud Tarverdiyev və Fərman Əlizadə İdarə Heyətinə üzv təyin olunublar.

Şərh verin