Evində yıxılandan 4 gün sonra öldü
Bakıda yaşadığı evdə xəsarət alan ahıl kişi vəfat edib. “Qafqazinfo” xəbər verir ki, iyunun 28-də 1947-ci il təvəllüdlü Əmralı Şirəli oğlu Şirəliyev yaşadığı Əliyar Əliyev küçəsindəki evində ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş Ə.Şirəliyev iyulun 2-si orada ölüb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh verin