“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq — Texniki nasazlığa görə

“Qarabağ” FK və “Vestri” oyununun bilet satışı sabah, 4 iyul 15:00-da başlayacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə “iticket.az” məlumat yayıb. “Saytımızda yaşanmış müvəqqəti texniki nasazlığa görə üzr istəyirik. Problem tamamilə aradan qaldırılıb və sayt normal rejimdə fəaliyyətini davam etdirir”, - deyə məlumatda qeyd edilib.