Zaqatalada maşınlar toqquşdu — 4 nəfər xəsarət aldı

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində olub. Məlumata görə, “KIA” və “VAZ-2106” markalı iki minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. Mübariz Muradov