Gizli toy etsə də, onu yalnız buraxmadılar — Fotolar
Dünyaşöhrətli müğənni Teylor Svift və Trevis Kelsi Nyu-Yorkdakı məşhur “Madison Square Garden” arenasında evlənib. “Qafqazinfo” xəbər verir ki, cütlük ailə üzvlərinin, yaxın dostlarının və çoxsaylı məşhurların iştirakı ilə nikah bağlayıb. Toy tam məxfi şəraitdə baş tutub. Qonaqların telefonlardan istifadə etməsinə icazə verilməyib, girişdə isə bütün elektron cihazlar təhlükəsizlik əməkdaşları tərəfindən yoxlanılıb. Toya Selena Qomez, Ed Şiran, Bredley Kuper, Dakota Conson, Gigi Hadid, Karli Klos, Huk Qrant, Etan Hauke, Miranda Lambert və digər tanınmış simalar qatılıblar. Toy günü münasibətilə Nyu-Yorkun rəmzlərindən olan “Empire State Building” cütlüyün şərəfinə mavi işıqlarla bəzədilib. Bu addım toy ənənəsində xoşbəxtlik və sədaqəti simvolizə edən “something blue” (mavi detal) ənənəsi kimi qiymətləndirilib. Qeyd olunur ki, cütlük toy ərəfəsində xeyriyyə məqsədilə 26 milyon ABŞ dolları ianə də ayırıb. Vəsait uşaq xəstəxanaları, ərzaq bankları və digər sosial təşkilatlar da daxil olmaqla 20-dən çox quruma yönəldilib. Mərasim keçirilən “Madison Square Garden” ərazisində yüzlərlə fanat toplaşıb. Onlar Teylorun “Love Story” mahnısını birlikdə ifa ediblər.

Şərh verin