Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo bu dəfə matçdan əvvəl çəkilən görüntüləri ilə sosial şəbəkələrin gündəminə çevrilib. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yayılan kadrlarda Ronaldonun oyun öncəsi energetik içki içkisi qəbul etdiyi görünür. Görüntülər qısa zamanda internetdə geniş yayılıb və minlərlə şərh, zarafat və paylaşımın mövzusu olub. İzləyicilərin bir qismi futbolçunun bu addımını 2020-ci il Avropa çempionatı zamanı mətbuat konfransında "Coca-Cola" butulkalarını kənara çəkərək insanlara su içməyi tövsiyə etməsi ilə müqayisə edib və bunu ziddiyyət kimi dəyərləndirib. Digər sosial şəbəkə istifadəçiləri isə peşəkar idmançıların oyunlardan əvvəl enerji içkilərindən tərkibindəki kofein səbəbindən performans dəstəyi kimi istifadə etdiyini xatırladaraq, bu vəziyyətdə qeyri-adi heç nə olmadığını bildiriblər. Kriştianu Ronaldonun matç öncəsi görüntüləri qısa müddətdə futbol azarkeşləri arasında geniş müzakirələrə səbəb olub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin