Messi yenidən liderliyə yüksəldi

DÇ-2026-da bombardirlik yarışında Argentina millisinin kapitanı Lionel Messi yenidən liderliyə yüksəlib. “Qafqazinfo” xəbər verir ki, o, Kabo-Verdeyə qarşı 1/16 final matçında (3:2) fərqlənib. Beləliklə, o hesabındakı qolların sayını 7-yə çatdıraraq FIFA-nın Golden Boot (Qızıl buts) siyahısında ilk pilləyə qalxıb. Fransa millisinin hücumçusu Kilian Mbappe 6 qol və 2 assistlə 2-ci sırada qərarlaşıb. 1. Lionel Messi (Argentina) – 7 qol; 2. Kilian Mbappe (Fransa) – 6 qol, 2 assist; 3. Erlinq Haaland (Norveç) – 5 qol; 4. Harri Keyn (İngiltərə) – 5 qol; 5. Usman Dembele (Fransa) – 4 qol, 2 assist; 6. Mikel Oyarzabal (İspaniya) – 4 qol, 1 assist; 7. Vinisius Junior (Braziliya) – 4 qol, 1 assist; 8. İsmaila Sarr (Seneqal) – 4 qol, 1 assist.