Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)

Toy mərasimində qeydə alınan emosional görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, gəlinlə atasının rəqsi zamanı yaşanan səmimi və duyğusal anlar qonaqlar tərəfindən lentə alınıb. Kadrlarda ata qızını körpə uşaq kimi qucağına alaraq rəqs edir, daha sonra isə onu bağrına basaraq kövrək anlar yaşayır. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq istifadəçilər arasında müzakirələrə səbəb olub. Bir çox izləyici ata ilə qız arasında olan güclü bağlılığı və emosional anları təqdir edərək bunun valideyn sevgisinin nümunəsi olduğunu bildirib. Lakin bəzi sosial media istifadəçiləri isə atanın hisslərini bu şəkildə nümayiş etdirməsini tənqidi qarşılayıblar. Onlar toy məclisində yaşanan emosiyaların həddindən artıq nümayiş etdirildiyini düşünərək fərqli fikirlər səsləndiriblər. Müxtəlif rəylərə baxmayaraq, görüntülər internet istifadəçilərinin diqqətini çəkməyi bacarıb və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)