Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)

Aktyor-müğənni Cavidan Novruz əməkdar artist Sənubər İsgəndərli ilə çəkdirdiyi görüntülərlə sosial şəbəkələrdə maraq yaradıb. Milli.Az xəbər verir ki, sənətçi Sənubər İsgəndərli ilə selfi çəkdirərkən etdiyi zarafatla gülüşə səbəb olub. Aktrisa isə Cavidan Novruzun yumorunu təbəssümlə qarşılayıb. Səmimi anların əks olunduğu görüntülər qısa müddətdə sosial mediada yayılaraq izləyicilərin marağına səbəb olub. Paylaşım çoxsaylı bəyənmə və şərhlər toplayaraq müzakirə mövzusuna çevrilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)