Sumqayıtda gənc qız çimərlikdə boğuldu
Sumqayıtda 20 yaşlı qadın dənizdə boğulub. Milli.Az xəbər verir ki, hadisə iyulun 3-də Sahil küçəsində yerləşən çimərlikdə baş verib. Məlumata görə, 20 yaşlı şəhər sakini Məryəm Kamil qızı İsmayılovanın meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin