Türkiyədən İraqa gedən avtobus aşdı — 40 nəfər xəsarət aldı
Türkiyədə İstanbuldan İraqa gedən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 40 nəfər xəsarət alıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə DHA məlumat yayıb. Bildirilib ki, hadisə Ankara-Niğdə avtomobil yolunun Aksaray şəhəri yaxınlığında baş verib. İlkin məlumata görə, sürücü idarəetməni itirib, nəticədə avtobus yoldan çıxıb. Qəza zamanı avtobusda olan 37 sərnişin, 2 sürücü və 1 bələdçi xəsarət alıb. Yaralılar təcili yardım briqadaları tərəfindən Aksaraydakı xəstəxanalara çatdırılıb.

Şərh verin