Anomal istilər 250-ci ad gününə mane oldu — Fotolar
ABŞ-də müşahidə olunan güclü istilər ölkənin Müstəqillik Günü tədbirlərini axsadıb. “Qafqazinfo” xəbər verir ki, rekord temperatur səbəbindən bir sıra paradlar, konsertlər və atəşfəşanlıq proqramları təxirə salınıb və ya tamamilə ləğv edilib. Meteoroloqların məlumatına görə, ölkənin şərq və mərkəzi bölgələrində 185 milyondan çox insan təhlükəli isti hava xəbərdarlığı altındadır. Bəzi ərazilərdə havanın temperaturu 38°C-yə, hiss olunan temperatur isə 46°C-yə qədər yüksəlib. Bu səbəbdən yerli hakimiyyət orqanları sakinlərə zəruri olmadıqca açıq havaya çıxmamağı, bol maye qəbul etməyi və yaşlılar, uşaqlar kimi həssas qruplara xüsusi diqqət göstərməyi tövsiyə edib. Vaşinqtonda ABŞ-nin 250 illiyi münasibətilə təşkil olunan bəzi tədbirlər də müvəqqəti dayandırılıb. Tədbir məkanlarında soyutma çadırları, su paylama məntəqələri və dumanlandırıcı sistemlər quraşdırılıb ki, iştirakçıların təhlükəsizliyi təmin olunsun.

Şərh verin