74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
Türkiyəli müğənni Bülənt Ərsoy estetik əməliyyat etdirib. Milli.Az xəbər verir ki, bu barədə sənətçi özü sosial şəbəkə hesabında məlumat verib. 74 yaşlı ifaçı əməliyyatdan sonra paylaşdığı fotoya bunları qeyd edib: "Hörmətli izləyicilərim, biz ulduzların yaşı yoxdur. Biz yaşsız insanlarıq. Amma qocalmaq həyatın qaçılmaz reallığıdır. İllər boyu estetik cərrahiyyə anlayışı mənə çox uzaq olub. Amma fikrim dəyişdi". (Axşam.az) Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin