AZAL: Naxçıvan reyslərində gecikmələr və təxirə salınmalar olacaq
"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur. Bu barədə Milli.Az-a AZAL-ın Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin