Meyiti yaşadığı evin həyətindən tapıldı
Ağdaşda yaşlı kişinin yaşadığı evin həyətində meyiti tapılıb. Mili.Az xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb. Belə ki, 1954-cü il təvəllüdlü Güloğlan Bahadurovun yaşadığı evin həyətində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin