Əməkdar artist evindən paylaşdığı görüntülərlə diqqət çəkdi - (Video)

Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə paylaşdığı yeni görüntülərlə izləyicilərinin marağına səbəb olub. Milli.Az xəbər verir ki, müğənni bu dəfə evində təşkil etdiyi səmimi məclisdən görüntüləri izləyiciləri ilə bölüşüb. Videoda onun musiqiçi dostlarını qonaq etdiyi, canlı musiqi və fortepiano sədaları altında xoş anlar yaşandığı əks olunub. Paylaşım qısa zamanda sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və çoxsaylı bəyənmə toplayıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)