Mbappe ilə Kasares arasında gərgin anlar - (Video)

Dünya çempionatının 1/8 finalında keçirilən Paraqvay - Fransa görüşündə ara qarışıb. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, 73-cü dəqiqədə komandalar su fasiləsinə yollanarkən fransızların kapitanı Kilian Mbappe və rəqib futbolçu Xuan Kasares arasında gərginlik yaşanıb. Nəticədə onlar bir-birinə hücum çəkməyə çalışıb. Aranı isə hakim və digər futbolçular sakitləşdirib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)