Xaçmazda zəlzələ oldu

Xaçmaz rayonunda zəlzələ qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, saat 5:58-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 45 km olub. Zəlzələ hiss edilməyib.