Xameneinin oğulları vida mərasiminə gəldilər - (Video)

İranın keçmiş Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin oğlanları bu il fevralın 28-də ABŞ-İran müharibəsi başlayandan indiyədək ilk dəfə ictimaiyyət arasına çıxıblar. Milli.Az axar.az -a istinadən bildirir ki, keçmiş ali rəhbərin oğlanları Mustafa, Məsud və Meysəm bazar günü atalarının vida mərasimində iştirak ediblər. Atası həlak olandan sonra İranın yeni ali rəhbəri seçilən Müctəba Xamenei isə dəfn mərasiminə qatılmayıb. Bildirilir ki, Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməkdə təkid edib. Lakin ali rəhbərin təhlükəsizlik xidməti buna icazə verməyib. Qeyd edək ki, Əli Xamemeni ilə vida mərasimi 3 iyulda başlayıb və 9 iyula qədər davam edəcək. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)