Həkəridə batan kişinin axtarışları davam edir — Video
Həkəri çayını n Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan kişinin axtarışları davam edir. “Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Şərh verin