Mbappe ilə Kasares arasında gərginlik — Video

Dünya çempionatının 1/8 finalında keçirilən Paraqvay – Fransa görüşündə ara qarışıb. “Qafqazinfo” xəbər verir ki, 73-cü dəqiqədə komandalar su fasiləsinə yollanarkən fransızların kapitanı Kilian Mbappe və rəqib futbolçu Xuan Kasares arasında gərginlik yaşanıb. Nəticədə onlar bir-birinə hücum çəkməyə çalışıb. Aranı isə hakim və digər futbolçular sakitləşdirib. Qeyd edək ki, hazırda matç Fransanın 1:0 üstünlüyü ilə davam edir.