64 yaşlı kişi Həkəridə batdı — Hələ də axtarılır

Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğulub. “Qafqazinfo” xəbər verir ki, hadisə Həkəri çayının rayonun Ağalı kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Həsənov Nüşrəvan Mehdi oğlu çayda çimərkən boğularaq ölüb. Onun meytinin tapılması üzrə axtarış işləri davam edir. Faktla bağlı araşdırma aparılır. Ziya Əmirxanlı