Bakıxanovda əks yola çıxan sürücü qəza törətdi (Video)

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yayılan görüntülərə görə, minik avtomobilinin sürücüsü əks hərəkət zolağına çıxaraq motosikletlə toqquşub. Qəza nəticəsində motosiklet sürücüsü xəsarət alıb, nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)