Meksika – İngiltərə matçı 1 saat gec başlayacaq

Dünya çempionatının 1/8 finalında keçiriləcək Meksika – İngiltərə matçının vaxtı dəyişdirilib. “Qafqazinfo” xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi 04:00-da deyil, 05:00-da başlayacaq. Buna səbəb isə  matçın keçiriləcəyi Mexiko şəhərində hava şəraitinin pis olmasıdır. Belə ki, hazırda matçın oynanılacağı “Estadio Banorte” stadionu ətrafında ildırım çaxır, güclü yağış yağır.