Ötən həftə 15 nəfərin meyiti təhvil verilib — Video

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. “Qafqazinfo”nun məlumatına görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 583 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 48 nəfər xilas edilib, 6 nəfər xəsarət alıb, 15 nəfərin meyiti təhvil verilib .