Sabah çimərliklərdəki hava açıqlandı

Abşeron çimərliklərində iyulun 7-də mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)