Trampdan qəribə Meloni paylaşımı: Foto çəkdirmək üçün yalvardı..
ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə bağlı növbəti paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb. Milli.Az xəbər verir ki, Tramp özünün Truth Social hesabında Corcia Meloni ilə əl sıxdığı anın fotosunu yayımlayıb. O, paylaşdığı şəkilin üzərinə "Uzaqlaşdırma qərarı lazımdır" sözlərini əlavə edib. Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər tərəfindən müxtəlif cür şərh edilib. Xatırladaq ki, Donald Tramp və Corcia Meloni arasında ilk qalmaqal bir neçə həftə əvvəl yaşanmışdı. ABŞ lideri iyunun 19-da İtaliyanın "La7" telekanalına müsahibəsində, G7 Zirvə toplantısı çərçivəsində Corcia Meloni ilə görüşünü xatırladaraq, "Mənimlə foto çəkdirmək üçün yalvardı. Foto çəkdirməyi çox istəyirdi, çəkilməzdim, amma ona acıdım" ifadələrini işlətmişdi. Son paylaşım isə tərəflər arasında baş verən həmin hadisəni yenidən gündəmə gətirib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin