Nəriman Həsənzadənin son vəziyyəti

Xalq şairi Nəriman Həsənzadə hələ də reanimasiyadadır. Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya müalicəsi Mərkəzi Klinikada aparılan şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib. "Nəriman Həsənzadənin müalicəsi hələ də Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır-stabil olaraq qalsa da, ümumilikdə müsbətə doğru irəliləyiş müşahidə olunur", - o deyib. Xatırladaq ki, 95 yaşlı N.Həsənzadə iyunun 26-sı xəstəxanaya yerləşdirilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)