40 il sonra penalti qaçıran ilk braziliyalı oldu
Bruno Gimaraynş 40 il sonra dünya çempionatında bir matçın əsas vaxtında penalti qaçıran ilk braziliyalı olub. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, Norveçə qarşı 1/8 final görüşündə 28 yaşlı futbolçu təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib. Bununla da o, "sambaçılar"ın tarixinə düşüb. Bundan əvvəl sonuncu belə hadisə 1986-cı il mundialının 1/4 final mərhələsində Fransa ilə oyunda Zikonun penalti vura bilmədiyi vaxt qeydə alınmışdı. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin