Qoşqar Təhməzliyə yeni müavin təyin olundu — Foto
Əli Tahir oğlu Nəbiyev Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib. “Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O bu vəzifədə Balarəhim Mirzəağa oğlu Quliyevi əvəz edib. Qeyd edək ki, Əli Nəbiyev bu təyinatadək Agentliyin tabeliyində “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Şərh verin