Ayı ilə döyüşür, buzlu suda üzür: Rus idmançının məşqi gündəm oldu - (Video)
Rus idmançısı İvan Yaroslavtsev qeyri-adi məşq üsulları ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, yayılan görüntülərdə idmançının ayı ilə güləşdüyü, buz kimi soyuq suda üzdüyü və sərt hava şəraitində bədəninin dözümlülüyünü sınadığı əks olunub. Kadrlar qısa müddətdə milyonlarla baxış toplayaraq istifadəçilərin diqqətini çəkib. İvan Yaroslavtsev bildirib ki, tətbiq etdiyi ekstremal məşqlər onun həm fiziki hazırlığını, həm də psixoloji dözümlülüyünü artırmağa kömək edir. O, bu üsulların özünü daha güclü hiss etməsinə səbəb olduğunu vurğulayıb. Bununla yanaşı, mütəxəssislər bu cür məşqlərin ciddi təhlükələr yaratdığını xatırladaraq, peşəkar nəzarət olmadan təkrarlanmasının insan həyatı üçün riskli ola biləcəyini bildiriblər. İdmançının paylaşılan görüntüləri sosial şəbəkə istifadəçilərini iki fərqli mövqeyə ayırıb. Bir qrup bunu insan iradəsinin və fiziki imkanlarının nümayişi kimi qiymətləndirərkən, digərləri həm insanlar, həm də heyvanlar üçün təhlükəli davranış olduğunu qeyd ediblər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin