Darya və Fafa küçədə onlara baxanları ifşa etdilər: Görənlərin ağzı açıq qaldı - (Video)

Məşhur rusiyalı idmançı, bloqer və model Darya Pluznikova, eləcə də braziliyalı həmkarı Fafa paylaşdıqları görüntülərlə sosial şəbəkələrdə diqqət çəkiblər. Milli.Az xəbər verir ki, onlar açıq geyimdə şəhərin mərkəzi küçələrində gəzərək idmanla formalaşdırdıqları bədən quruluşunu və əzələlərini nümayiş etdiriblər. Görüntülər qısa zamanda internetdə yayılaraq istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Maraqlı məqamlardan biri isə idmançıların ətrafdakı insanların reaksiyalarını gizli şəkildə lentə almaları olub. Videoda onlara baxan şəxslərin baxışları və reaksiyaları əks olunub. İnsanlardan ağızları açıq qalan belə olub. Paylaşılan görüntülər sosial şəbəkələrdə müxtəlif rəylərlə qarşılanıb. Bəzi istifadəçilər bunu cəsarətli paylaşım kimi qiymətləndirərkən, digərləri isə belə addımın diqqət cəlb etmək məqsədi daşıdığını bildiriblər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)