Cəbrayıla növbəti köç karvanları yola salınıb

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb. Milli.Az xəbər verir ki, köç prosesinin bu mərhələsində kəndə 46 ailə, ümumilikdə 223 nəfər yerləşdirilib. Şükürbəyli kəndinə köçürülən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)